Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “Xoş müjdəli Novruz” başlığı altında bayram tədbiri  keçirilib

19.03.2025

19.03.25-ci il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin birgə təşkilatcılığı və bütün filialların iştirakı ilə “Xoş müjdəli Novruz” başlığı altında Novruz Bayramına həsr olunmuş bayram tədbiri  keçirilib. Bayram tədbirində YAP  Şəmkir rayon təşkilatınının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir rayon üzrə nümayəndəsi Sənan Məmmədli, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru, Şəmkir rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Şəmkir rayon üzrə gənclər və idman sektorunun rəhbəri iştirak edib.
Bayram tədbirində YAP  Şəmkir rayon təşkilatınının sədri Fəxrəddin Vəliyev cıxış edərək  bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb. Şəmkir rayon Dans akademiyası rəqs qrupun çıxışları maraqla qarsılanıb.
Sonra tədbir bayram proqramı ilə davam edib. Novruzun rəmzi personajları səhnəciklər nümayiş etdirərək tədbir iştirakçıları ilə bayram sevincini bölüşüb.

Sonda  bayram tonqalı qalanıb və ətrafında rəqs edilib.